14 yaşlı qız bədbəxt hadisənin qurbanı oldu
17 avqust 2016 02:29 (UTC +04:00)

14 yaşlı qız bədbəxt hadisənin qurbanı oldu

0

Lənkəranda ölüm hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun istirahət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, Lənkəranın Velədi kənd sakini, 2002-ci il təvəllüdlü  Zəhra Səfail qızı Şıxəlizadənin əhvalı qəfildən dəyişib və o, müvazinətini itirərək, istirahət mərkəzinin  pilləkənindən yerə yıxılıb.  Ətrafdakıların köməyi ilə 14 yaşlı qız dərhal  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.          

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar