İyulun 18-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Cəfər İbrahimova məxsus mağazadan 1400 manat dəyərində ülgüc oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Anar Muradov və əvvəllər məhkum olunmuş Anar Həsənov tutulub.
Bundan başqa Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı dəniz çimərliyində E.Əsgərova, M.Mürşüdova, E.Məhərrəmzadəyə və M.Pəncəliyevə məxsus ümumilikdə 105 manat pul, 2 ədəd qol saatı və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirheydər Kərimov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 17-də Novxanı dəniz çimərliyində S.Quluzadəyə, H.Hüseynova və S.İmanova məxsus 35 manat pul, 2 ədəd mobil telefon və geyim əşyaları oğurlaması da müəyyən edilib.