Aşkarlanan narkotiklər
18 avqust 2022 11:38 (UTC +04:00)

Aşkarlanan narkotiklər

Xaricdən gətirdiyi 19 kilodan çox narkotiklə tutuldu - VİDEO

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxsdən dövlət sərhədini qanunsuz keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, ayrı-ayrı bükümlərdə 5 kiloqram 295 qram heroin, 1 kiloqram 360 qram metamfetamin, 4 kiloqram 560 qam tiryək, 6 kiloqrama yaxın həşiş qətranı və 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xaricdən gətirdiyi 19 kilodan narkotiklə tutuldu

# 1059
avatar

Mehman Nəbiyev

Oxşar yazılar