Dərman preparatlarının gizli şəkildə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Scania" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsində müxtəlif adda 347 qutu və 211 flakon dərman vasitələri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.