Xankəndidə erməni qadın  öldü
23 oktyabr 2024 11:37 (UTC +04:00)

Xankəndidə erməni qadın öldü

Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməni əsilli 70 yaşlı Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib. 

Lent.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub.

Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.

Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olmuş, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2880
avatar

Fidan İlqar

Oxşar yazılar