Vulkanla toqquşan təyyarənin  son VİDEOSU   – Dəhşətli faciədə 257 nəfər həlak olub
29 aprel 2024 18:19 (UTC +04:00)

Vulkanla toqquşan təyyarənin son VİDEOSU – Dəhşətli faciədə 257 nəfər həlak olub

1979-cu ildə Antarktida üzərində səmada bir təyyarə ilə dəhşətli faciə baş verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Oklenddən yola düşən Air New Zealand ekskursiya reysi vulkan püskürən dağla toqquşub.

Bu yaxınlarda internetdə 901 saylı bu reysin foto və videoları yayılıb.

Şəkillər və videolar Yeni Zelandiyanın ən böyük hava qəzalarından birinə çevrilən bu faciəli səfərin sərnişinlərinin həyatının son anlarını əks etdirir. Təyyarənin adanın Erebus vulkanı ilə ilk toqquşmasından sonra ekipaj üzvləri də daxil olmaqla, göyərtəsində olan 257 nəfərin hamısı sözün həqiqi mənasında bir neçə saniyə ərzində həlak olub.

Təyyarənin salonunda çəkilən şəkillər Antarktidanın donmuş yollarını və dalğalı permafrostu lentə alan maraqlı sərnişinləri göstərir. Məhz sərnişinlərin bu gözəlliklərdən zövq alması üçün kapitan pilot Cim Kollinz buludların arasından uçmağa və təyyarəni təxminən 2000 fut və ya 600 metrdən bir qədər aşağı salmağa qərar verib.

Lakin qəzaya cəmi 6 saniyə qalmış təyyarədə xəbərdarlıq siqnalı səslənib. Mütəxəssislər pilotun əvvəlki uğurlu uçuşlarda olduğu kimi eyni trayektoriya ilə hərəkət etdiyini, lakin nəsə səhv getdiyini irəli sürüblər. Təyyarə düz vulkana doğru gedib və xilasetmə şansı olmayıb.

# 3606
avatar

Oxşar yazılar

Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25
Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33
Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

17 may 2024 , 04:30
Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI -FOTO

Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI-FOTO

17 may 2024 , 01:20
Bakıda AĞIR QƏZA:  Üç maşın toqquşdu -FOTO

Bakıda AĞIR QƏZA: Üç maşın toqquşdu -FOTO

17 may 2024 , 01:09
Bakıda gənc oğlan BIÇAQLANDI

Bakıda gənc oğlan BIÇAQLANDI

16 may 2024 , 22:06
Siyəzəndə  İNTİHAR:   Kişi özünü görün harada asdı

Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı

16 may 2024 , 20:00