Axtarışda olan qadın saxlanılıb.
Bu barədə Lent.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən bildirilib.
Məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, hazırda axtarışda olan şəxs Əhmədova İlhamə Miraslan qızı saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.