infarkt
16 may 2024 16:24 (UTC +04:00)

infarkt

Uşaqlıqda bu vərdiş yetkinlik dövründə infarkt riskini artırır

Araşdırmalara görə, uşaqlıqda oturaq həyat tərzi yetkinlik dövründə infarkt riskini artırır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Bristol, Exeter və Şərqi Finlandiya Universitetlərindən olan tədqiqat qrupu uşaqlıqda oturaq həyat tərzinin yetkinlik dövründə təhlükəli ürək hipertrofiyasına səbəb ola biləcəyini müəyyən edib. Bu patoloji infarkt riskini artırır. Tədqiqatın nəticələri Avropa Profilaktik Kardiologiya jurnalında dərc edilib.

Araşdırmada 90-cı illərdə doğulmuş 1682 insan iştirak edib. 11, 15 və 24 yaşlı iştirakçıların gündəlik hərəkətliliyi xüsusi akselerometrik cihazlar vasitəsilə izlənilib.

Alimlərin müşahidələrinə görə, tədqiqatın başlanğıcında (və daha erkən yaşda) uşaqlar oturmuş vəziyyətdə gündə orta hesabla altı saat vaxt keçirirdilər. Yetkinlik yaşına çatanda bu rəqəm gündə doqquz saata qədər artıb.

Tədqiqatçılar müəyyən ediblər ki, oturma vaxtının artması ürək çəkisinin normalın 40 faizinə qədər proqressiv patoloji artımı ilə əlaqələndirilir. Xüsusilə, sol mədəciyin bölgəsində hipertrofiya müşahidə edilib. Qeyd edilir ki, ürəyin ölçüsünün artması ilə əlaqədar ciddi sağlamlıq problemləri, o cümlədən infarkt, insult və tromboz yarana bilər.

Alimlər həmçinin müəyyən ediblər ki, uzun müddət oturmanın zərəri orta və ya yüngül fiziki fəaliyyətlə (məsələn, gəzinti, velosiped sürmək, açıq havada oyunlar, bağçılıqla məşğul olmaq) kompensasiya edilə bilər. Yaxşı hərəkət vərdişləri olan iştirakçılarda ürək hipertrofiyasının inkişafı ehtimalı 49 faiz az idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663
avatar

Arzu Qurbanlı

Oxşar yazılar