“Forbes” jurnalı ən çox qazanan idmançıların illik reytinqini dərc edib.
Lent.az xəbər verir ki, bu il birinci yeri portuqaliyalı futbolçu Kriştiano Ronaldo tutub.
Top-10-luğu təqdim edirik:
1. “Al-Nasr” futbol klubunun oyunçusu Kriştiano Ronaldo - $260 milyon
2. Qolfçu Con Ram - $218 milyon
3. “İnte-Mayami” futbol klubunun oyunçusu Lionel Messi - $135 milyon
4. “Los Anceles Leykers” basketbol klubunun oyunçusu Lebron Ceyms - $128 milyon
5. “Miluoki Baks” basketbol klubunun oyunçusu Yannis Adetokunbo - $111 milyon
6. “PSJ” futbol klubunun oyunçusu Killian Mbappe - $110 milyon
7. “Al-Hilal” futbol klubunun oyunçusu Neymar JR - $108 milyon
8. “Al-İttihad” futbol klubunun oyunçusu Karim Benzema - $106 milyon
9. “Qolden Steyt” basketbol klubunun oyunçusu Stefen Karri - $102 milyon
10. “Baltika Reyvers” amerikan futbol klubunun oyunçusu Lamar Cekson - $102 milyon