"Bu mənim komandam  deyil, “Çelsi” komandasıdır" - Poçettino 
16 may 2024 19:18 (UTC +04:00)

"Bu mənim komandam deyil, “Çelsi” komandasıdır" - Poçettino 

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 34-cü turunun təxirə salınmış oyununda “Brayton”u məğlub etdikdən (2:1) sonra bu komandaya “öz komandası” deyə bilməyəcəyini vurğulayıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Poçettino oyundan sonrakı mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. 

- Sizə elə gəlir ki, bu sizin komandanızdır?

- Bu mənim komandam deyil. Bu, “Çelsi” komandasıdır. Mənim deyil. Siz nəyi nəzərdə tutursunuz?

- Sizin üslubunuz.

- Bilmirəm. 15 il “Espanyol”, “Southempton”, “Tottenhem”, PSJ-də işlədikdən sonra indi “Çelsi”dəyəm. Düşünürəm ki, mənim üslubumu bilirsiniz.

İnsanlar oynadığımız futboldan razı qaldıqca nə deməyimin heç bir əhəmiyyəti yoxdur. Bu heyətin şərtlərinə uyğunlaşmaq qalır. Məşqçi hansısa klubda 10-25 il, yaxud Arsen Venqer və ya Ser Aleks Ferqyuson kimi 22 il keçirirsə, təbii ki, bu onun komandasıdır deyə bilərsiniz. Bizdə isə bunu Pep Qvardiola haqqında demək olar, nəzərə alsaq ki, hər altı aydan bir pul xərcləyib istədiyiniz futbolçuları gətirmək imkanı var. Ancaq bir mövsümdən danışsaq, hər şeyi nəzərə alsaq, mən bu heyətlə çox fəxr edirəm”, - Poçettino deyib.

Çempionatın bitməsinə bir tur qalmış "Çelsi" Poçettino rəhbərliyi altında ilk mövsümdə Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2634
avatar

Oxşar yazılar