Məşhur sehrbaz  cinsi təcavüzdə   ittiham olunur
16 may 2024 17:19 (UTC +04:00)

Məşhur sehrbaz cinsi təcavüzdə ittiham olunur

Məşhur sehrbaz Devid Kopperfildi 16 qadın cinsi təcavüzdə ittiham edir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşhur amerikalı sehrbaz Devid Kopperfild 16 qadına qarşı cinsi istismar və nalayiq davranışda ittiham olunur. İttiham edən qadınların yarıdan çoxu təzyiqə məruz qaldıqları zaman 18 yaşdan kiçik olduqlarını bildirirlər. Bəziləri hətta yaşlarının 15-dən aşağı olduğunu deyiblər. 

“The Guardian” nəşrinin xəbərinə görə, ittihamlar 1980-ci illərin sonlarından 2014-cü illərə aiddir.

İddiaya görə, 67 yaşlı Kopperfild cinsi əlaqəyə girməzdən əvvəl üç qadına narkotik verib. 

Məşhur illüziyaçıya isə bütün ittihamları rədd edib.

Kopperfieldin vəkilləri sehrbazın "heç kimə, xüsusən yetkinlik yaşına çatmayanlara qarşı nalayiq hərəkət etmədiyini" deyiblər. 

Hüquqşünaslar, həmin qadınların MeToo hərəkatının tərəfdarı olduğunu və həmçinin sehrbaz haqqında daha əvvəl "çoxsaylı yalan iddialar" irəli sürdüklərini bildiriblər.

Kopperfildə qarşı əvvəllər də oxşar ittihamlar səsləndirilib. 16 qadından biri olan Brittni Levis 2018-ci ildə ictimaiyyətə bildirmişdi ki, sehrbaz 1988-ci ildə 17 yaşlı model ikən ona narkotik verib və cinsi təcavüz edib.

Kopperfild o zaman da iddiaları rədd edib.

Kopperfield, 2019-cu ildə həbsxanada özünü öldürən Ceffri Epsteyn ilə münasibətinə görə də araşdırma ilə üzləşib. Kopperfildin adı Epşteynlə bağlı məhkəmə sənədlərində xatırlanan məşhur adlar arasında idi.

"Müvəkkilimizin Epsteynin dəhşətli cinayətləri haqqında heç bir məlumatı yox id. O bu barədə mətbuat vasitəsilə xəbər tutub", - sehrbazın vəkilləri bildiriblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar