Rusiyanın Pyatiqorsk şəhərinin “Maşuk-KMV” klubunun futbolçusu Nikolay İvanov futbol tarixində ən sürətli qolu vurub.
Lent.az yerli mediaya istinadla bildirir ki, qeyri-adi olay İkinci Liqa-A-nın “Ximik Dzerjinsk”lə oyununda baş verib.
Oyunun lap əvvəlində “Maşuk-KMV”nin oyunçusu topla oynamadan start fitindən sonra birbaşa mərkəz dairəsindən rəqibin qapısına zərbə endirib və qol vurub. Bunun üçün futbolçuya 2,31 saniyə lazım olub.
İki dəqiqə sonra “Ximik” hesabı bərabərləşdirib və 19-cu dəqiqədə hesab 2:2 olub.
Qeyd edək ki, 1998-ci ildə rəqib qapısına 2,8 saniyəyə qol vuran uruqvaylı Rio Neqrolu futbolçu Rikardo Oliveyra ən sürətli qola görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.