Keniyada daşqınlar səbəbindən ölənlərin sayı 291-ə çatıb, 75 nəfər itkin düşüb, 188 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi İsak Mvaura məlumat verib.
Məlumata görə, daşqınlar 55 mindən çox ailəni evlərindən didərgin salıb. Ümumilikdə, 412 min nəfər daşqınlardan zərər çəkir.