Ucarda daha bir ev yanğını  -FOTO
28 iyun 2022 01:40 (UTC +04:00)

Ucarda daha bir ev yanğını  -FOTO

Ucarda daha bir fərdi yaşayış evi yanıb.
Lent.az-ın APA-ya isrtinadla xəbərinə görə, hadisə saat 23:50 radələrində rayonun Vəsilə Zahidova küçəsində qeydə alınıb. 

Rayon sakini, 1950-ci il təvəllüdlü Fatma Əmrah qızı Məmmədovaya məxsus 3 otaq və artırmadan ibarət evdə yanğın baş verib. Ev sahibi Bakıda yaşadığından hadisə barədə yanğınsöndürənlərə qonşular xəbər verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon  Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı  əşyaları ilə birlikdə yansa da, yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. 

Məlumata görə, yanğın baş verən vaxt evin pəncərələrinin şüşələri sınıq olub və qonşu otaqlarda əşyalar dağıdılıb. İlkin ehtimala görə, oğrular evi qarət etdikdən sonra izi itirmək məqsədi ilə yanğın törədiblər.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Qeyd edək ki, ötən gün rayonun Qazyan kəndində də ev yanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1781

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15