Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ucar rayon sakini Asif Kərimovun əsassız həbs olunması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, Asif Kərimov adlı şəxsin əsassız saxlanılması ilə bağlı iddialar həqiqəti əks etdirmir. A.Kərimov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün həbs edilib.
Belə ki, polis əməkdaşları tərəfindən cari il aprel ayının 3-də Ucar rayonunda daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Kərimov Asif Vəliyəddin oğlu narkotik maddə və pixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.