Türkiyədə DƏHŞƏTLİ QƏZA:  6 nəfər öldü
02 yanvar 2023 12:12 (UTC +04:00)

Türkiyədə DƏHŞƏTLİ QƏZA: 6 nəfər öldü

Mardin şəhərinin Ömərli rayonunda içərisində universitet işçilərinin də olduğu mikroavtobusun aşması nəticəsində ilkin məlumata görə, 6 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qəza yanvarın 2-si səhər saatlarında qeydə alınıb. Mikroavtobusun sürücüsü idarəetməni itirərək kanala aşıb.

Nəticədə Fatma Kaya, Büşra Keleş, Kamuran Önen, Yusuf Tunç, Abdullah Macit və Ruken Adam hadisə yerində vəfat edib. Yaralanan 5 məfər isə ilk tibbi yardım göstəriləndən sonra xəstəxanalar yerləşdirilib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

Oxşar yazılar