Son 25 gündə Türkiyədə 15 polis özünü öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Türkiyə polisi həmkarlar ittifaqının rəhbəri Faruk Sezer məlumat verib.
İlin əvvəlindən isə Türkiyədə 40 polis intihar edib və bu ölkədə 2013-cü ilin göstəricisinə yaxınlaşır. O vaxt 57 polis özünü öldürüb və bu indiyədək ölkə üçün ən böyük göstəricidir.
Sezerin sözlərnə görə, uzun və gərgin iş qrafiki və zəif rəhbərlik zabitlərin intiharında rol oynayır. O qeyd edib ki, Türkiyədə polis əməkdaşları ayda ən azı 240 saat, bəziləri isə 400 saata qədər işləyir.