Tovuzda qəza ölən və xəsarət alanların adları məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, ölən 20 yaşlı N.Rəhimovdur. Xəsarət alanlar isə onun həmyaşıdları Ə.Məmmədov və A.Xanmirzəyevdir.
Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin qarşısına mal-qara çıxıb. Bu zaman sürücü idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.
Faktla bağlı araşdırma aparılır.
***
19:21
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır