Ev almaq üçün yığdığı qızılları  arvadı səhvən zibilliyə  atdı
27 iyun 2026 13:14 (UTC +04:00)

Ev almaq üçün yığdığı qızılları arvadı səhvən zibilliyə atdı

0

Türkiyənin Bursa şəhərində yaşayan bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl səhvən zibil yeşiklərinə atılıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Yıldırım qəsəbəsinin Esenevler məhəlləsində qeydə alınıb.

Sedair Kurnaz ev almaq üçün topladığı təxminən 1 kiloqram qızılı oğurluq riskindən qorumaq məqsədilə paltarın içinə bükərək qara torbada gizlədib.

Ev sahibi ilə qiymətdə razılığa gəldikdən sonra ödəniş etmək üçün qızılların saxlandığı torbanı götürmək istəyən Kurnaz onun yerində olmadığını görüb. Həyat yoldaşından soruşduqda isə acı həqiqət üzə çıxıb: qadın evdə təmizlik edərkən içində qızılların olduğu qara torbanı zibil hesab edərək evin qarşısındakı zibil konteynerinə atdığını deyib.

Sedair Kurnaz məhəllədəki zibil konteynerlərini bir-bir axtarmağa başlayıb. O, həmçinin bələdiyyənin təmizlik xidmətinə və polisə də məlumat verib.

Hazırda ərazidəki təhlükəsizlik kameralarının görüntüləri araşdırılır. Məhəllə sakinləri də itən qızılların tapılması üçün axtarışlara dəstək verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar