90-cı illərdə  doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA
27 iyun 2026 19:40 (UTC +04:00)

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

0

Alimlər müasir həyat tərzi ilə orqanizmin sürətlə qocalması arasında əlaqə aşkar ediblər. Yeni araşdırmaya görə, 1990-cı illərdə doğulan insanlar əvvəlki nəsillərlə müqayisədə daha sürətlə bioloji qocalır və bu, erkən yaşlarda xərçəng riskinin artmasına səbəb ola bilər.

Lent.az-ın xəbərinə görə, “Nature Medicine” jurnalında dərc olunan araşdırmada bildirilir ki, son 30 ildə 50–55 yaşdan aşağı insanlarda aşkarlanan xərçəng halları qlobal miqyasda ciddi şəkildə artıb. 1990–2019-cu illər ərzində bu yaş qrupunda xərçəng diaqnozlarının sayı 24 faiz yüksəlib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, xüsusilə ABŞ-da qan, yoğun bağırsaq və uşaqlıq xərçəngləri hallarında artım diqqət çəkir. Bundan başqa, Avstraliya və ABŞ-da 1990-cı illərdə doğulan insanların bağırsaq xərçənginə tutulma ehtimalı 1960-cı illərdə doğulanlarla müqayisədə dörd dəfə yüksəkdir.

Alimlər bunun əsas səbəblərindən birinin "sürətlənmiş bioloji qocalma" olduğunu düşünürlər. Bu zaman orqanizm təqvim yaşından daha sürətlə köhnəlir. Prosesə xroniki iltihab, genetik zədələnmələr və immun sistemində baş verən dəyişikliklər təsir göstərərək şişlərin yaranması üçün əlverişli şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, hər orqan fərqli sürətlə qocaldığı üçün xərçəng riski həm bütün orqanizmdə, həm də ayrı-ayrı sistemlərdə, məsələn, ağciyər və ya bağırsaqlarda arta bilər. 

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr sürətlənmiş bioloji qocalma ilə erkən xərçəng arasında əlaqəni göstərir, lakin bunun yeganə səbəb olduğunu sübut etmir. Bu sahədə əlavə araşdırmalara ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar