Ermənistanda hərbçi özünü öldürdü
27 iyun 2026 19:26 (UTC +04:00)

Ermənistanda hərbçi özünü öldürdü

0

Ermənistanda yeni yaradılmış hərbi hissələrdən birində müqaviləli hərbçi intihar edib.

Lent.az xəbər verir ki, İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb. Cinayət işi intihara sövq etmə maddəsi üzrə açılıb.

Həlak olan 18 yaşlı hərbçi "Vətənin Müdafiəçisi" proqramı çərçivəsində xidmət edirmiş. O, altı aylıq müddətli hərbi xidmətdən sonra beşillik müqavilə bağlayaraq orduda xidmətini davam etdirmişdi.

İstintaqın məlumatına əsasən, hərbçinin meyiti baş nahiyəsindən aldığı güllə yarası ilə aşkarlanıb. Bildirilir ki, o, xidmət etdiyi hissədə hazırlıqlı və intizamlı hərbçilərdən biri hesab olunurdu.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar