Heç vaxt xarab olmayan Çin avtomobilləri
27 iyun 2026 19:53 (UTC +04:00)

Heç vaxt xarab olmayan Çin avtomobilləri

0

“J.D. Power” agentliyi Çin istehsalı olan və öz seqmentlərində ən keyfiyyətli, etibarlı avtomobillərin siyahısını açıqlayıb.

Lent.az xəbər verir ki, araşdırma 2025-ci ilin iyulundan 2026-cı ilin fevralınadək Çində yeni alınmış 127 benzin mühərrikli avtomobil modelini əhatə edib.

Kompakt minik avtomobilləri seqmentində birinci yeri “Changan Eado Plus” tutub. Sonrakı pillələrdə “Roewe i5” və “MG 5” qərarlaşıb.

Daha yüksək qiymət kateqoriyasında olan kompakt sedanlar arasında “Toyota Levin” və “Changan Eado Max” lider seçilib.

Orta ölçülü minik avtomobilləri sinfində ilk üçlükdə “Volkswagen Bora”, “Volkswagen Golf” və beşinci nəsil “Geely Emgrand” yer alıb.

Biznes-sedanlar arasında ən yüksək keyfiyyət göstəricilərini “Volkswagen Passat”, “Honda Inspire”, eləcə də “Chery Arrizo 8” və “Chery Arrizo 8 Pro” nümayiş etdirib.

Kompakt krossoverlər seqmentində “Geely Coolray” və “Changan CS35 Max” birinci olub. Daha bahalı modellər arasında isə “Changan CS55 Plus” (Uni-S) və “Lynk & Co 06” fərqlənib.

Büdcə sinfinə aid orta ölçülü krossoverlər arasında “Changan CS75 Pro”, “Chery Tiggo 7 Plus”, “Geely Cityray” və “Jetour X70 Plus” ən yaxşı nəticə göstərib.

Premium orta ölçülü krossoverlər sırasında “Chery Tiggo 8 Plus”, “Volkswagen Tharu” və “Volkswagen T-Roc” seçilib.

Ailə krossoverləri kateqoriyasında isə “Chery Tiggo 9”, “Toyota RAV4” və “GAC GS8” ən etibarlı modellər hesab olunub.

Minivenlər arasında kompakt sinifdə “Wuling Hongguang V”, orta ölçülü sinifdə “GAC M6” və “GAC M8”, iri ölçülü minivenlər arasında isə “Honda Odyssey” ən yüksək keyfiyyət göstəricilərinə malik model seçilib.

Qeyd edək ki, mətndə yer alan alman və yapon markaların bu modelləri məhz Çində istehsal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar