Qadın polis tanış olduğu kişini yatızdırıb   qarət etdi - VİDEO
27 iyun 2026 17:45 (UTC +04:00)

Qadın polis tanış olduğu kişini yatızdırıb qarət etdi - VİDEO

0

Argentinada Hava Limanı Təhlükəsizlik Polisi əməkdaşı, 31 yaşlı Lusia Fernanda Diaz Da Mota tanış olduğu 64 yaşlı kişini qarət etməkdə şübhəli bilinir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qadın bir müddət tanışlıq saytında yazışdığı kişi ilə görüşüb, daha sonra onun evinə gedib. Təxminən iki saat sonra o, kişinin içkisinə gizlicə dərman qataraq onun dərin yuxuya getməsinə səbəb olub.

Bundan istifadə edən polis əməkdaşı evdə olan nağd pul, bank kartları, bahalı saatlar, lüks ətirlər və markalı geyimləri böyük çamadana yığaraq hadisə yerindən qaçıb.

Ağır dərmanın təsirindən komaya düşən 64 yaşlı kişi yalnız 24 saat sonra özünə gəlib. Qonşusunun köməyi ilə aşkar edilən zərərçəkən ayıldıqdan sonra evinin qarət edildiyini görərək polisə müraciət edib.

Araşdırma zamanı hüquq-mühafizə orqanları şübhəlinin kimliyini müəyyən edərək onu oğurladığı əşyalarla birlikdə saxlayıblar.

Faktla bağlı həm cinayət, həm də xidməti araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar