"Toplum TV"nin daha bir əməkdaşı internet kanalının işi üzrə polisə çağırılıb.
Lent.az xəbər verir ki, kanalın gənc əməkdaşı Günel Manaflı dindirilmə üçün bu gün sat 10-da Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Qeyd edək ki, bu ilin mart ayında polis əməkdaşı "Toplum TV"nin ofisində əməliyyat keçiriblər. Redaksiyanın bir neçə əməkdaşı saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsilə cinayət işi açılıb.