İstanbul hava limanında Türk Hava Yollarına məxsus təyyarə sərnişindən qaçan pişiyə görə uçuşu dayandırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Afinaya uçmalı olan təyyarə havaya qalxmağa hazırlaşarkən qəflətən pişik kabinədə gəzməyə başlayıb. Məlum olub ki, o, təyyarəyə minən kimi qaçıb, çünki sahibi lazımi sənədləri doldurmayıb və heyvanla bağlı ekipajı məlumatlandırmayıb.
Sahibinin çantasından əl yükündən qaçan pişik təyyarədə səs-küyə səbəb olub. Təyyarə uçuş-enmə zolağından hava limanının terminalına qayıdıb. Sərnişin və pişiyi düşürüblər. Məlum olub ki, qadın əvvəllər də eyni üsulla qaçaqmalçılıq yolu ilə heyvan keçirməyə cəhd edib. Aviaşirkət sərnişini qara siyahıya salıb.