“Air France” şirkətinin Tokio-Paris reysi ilə uçan “Airbus A350” tipli təyyarəsi startdan 356 dəqiqə sonra Tokio aeroportuna qayıdıb.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, buna səbəb hava gəmisinin Sakit okean üzərində quş sürüsü ilə toqquşması olub.
Hadisə nəticəsində təyyarənin burun hissəsi, o cümlədən meteoroloji radar və sürətölçən sıradan çıxıb. Gəmi komandiri Tokioya qayıtmağa qərar verib. Təyyarədəki 324 sərnişin və heyət üzvləri arasında xəsarət alan yoxdur.