Tərtərdə intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Sübhan Sakit oğlu İsmayılov yaşadığı İrəvanlı kəndindəki evin həyətində özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Araşdırmalar rayon prokurorluğunda aparılır.