"Tərtər işi" üzrə 300-ə yaxın zərərçəkən dindirilib - RƏSMİ
15 fevral 2022 11:13 (UTC +04:00)

"Tərtər işi" üzrə 300-ə yaxın zərərçəkən dindirilib - RƏSMİ

"Tərtər işi"ndə zərərçəkənlərin sayı artıb.

Lent.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, indiyə kimi "Tərtər işi" ilə bağlı 296 nəfər dindirilib. Onlardan 178 nəfərin işgəncələrə məruz qalması müəyyən edilib.

Hazırda bu iş üzrə istintaq işləri davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluğun bir müddət əvvəl yaydığı məlumata əsasən, bu iş üzrə aparılan cinayət işinin istintaqı zamanı 281 zərərçəkən olduğu bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Mehman Nəbiyev

Oxşar yazılar