"Tenderlər kralının"  Azərbaycandan çıxışına QADAĞA
29 avqust 2026 14:00 (UTC +04:00)

"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA

0

Azərbaycanda bir sıra tenderlərin qalibi olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub.

Lent.az-ın xəbərinə görə, buna səbəb onun dövlət büdcəsinə olan vergi borcları ilə bağlıdır.

Məlumata əsasən, "İnternational Supply And Constructıon" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 23 min 837 manat vergi borcu yaranıb. Bu il yaranan sözügedən borclarla bağlı dəfələrlə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkətə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Nəticədə idarə Bakı Kommersiya Məhkəməsində "İnternational Supply And Constructıon" MMC-nin rəhbəri, 41 yaşlı İ. Rəhimovun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə iddia qaldırıb.

Məhkəmə iddianı təmin edib və şirkət tərəfindən qeyd olunan borcun ödənilməsi tam yerinə yetirilənədək İ. Rəhimovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Xatırladaq ki, "İnternational Supply And Constructıon" MMC xüsusən su təchizatı işləri ilə bağlı ADSEA-nın tenderlərində iştirak edərək, qalib olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar