Tələbə qız anasının yanında özünü 13-cü mərtəbədən atdı
12 mart 2025 10:42 (UTC +04:00)

Tələbə qız anasının yanında özünü 13-cü mərtəbədən atdı

Rusiyanın Sankt-Peterburq şəhərində 16 yaşlı kollec tələbəsi özünü 13-cü mərtəbədəki mənzildən atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Xalq Milis prospektində baş verib. Məlumata görə, yeniyetmənin anası qızının nalayiq davranışına görə həkimləri çağırıb və hadisə yerinə gələn mütəxəssislər qısa müddət sonra çıxıb gedib.

Bir müddət sonra qız özünü pəncərədən atıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti araşdırır. Faktla bağlı cinayət işi açılıb.

Qeyd olunur ki, hadisə zamanı tələbənin anası otaqda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320

Oxşar yazılar