Tanınmış vəkil axtarışa verildi
09 yanvar 2024 16:40 (UTC +04:00)

Tanınmış vəkil axtarışa verildi

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sümbülə Əliyeva iştirak etməyib. 

Məhkəmənin çağırışlarına gəlməyən Sümbülə Əliyeva haqqında qiyabi həbs qərarı çıxarılıb və vəkil barəsində axtarış elan edilib.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Onu da qeyd edək ki, Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8568
avatar

Oxşar yazılar