Moskvanın qərbində Rusiya Qvardiyasının hərbi hissəsinin 23 yaşlı tağım komandiri intihar edib.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, leytenant dekabrın 18-də axşam saat 10 radələrində bölmənin ərazisindəki yataqxanada ölü tapılıb.
Alınan xəsarətlərin xarakterindən məlum olub ki, həmin şəxs intihar edib.
Bundan sonra araşdırmalara başlanılıb.