Suriyada yetimxanada qalan iki azərbaycanlı uşaq qohumlarına təhvil verilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, azərbaycanlı 11 yaşlı Zeyd Məmmədov və 9 yaşlı bacısı Reyyan uzun müddətdir ki, Suriyanın Cerablus şəhərində yetimxanada yaşayıblar. Türkiyə İnsani Yardım Vəqfinin bu şəhərdə yardım askiyası keçirərkən həmin uşaqları aşkar edib. Daha sonra uşaqların Azərbaycandakı qohumlarına təhvil verilməsi üçün tədbirlər görülməyə başlayıb.
Nəticədə azyaşlıların ölkəmizdəki əmisi və xalaları tapılıb və uşaqlar onlara təhvil verilib.
Qeyd edək ki, bacı-qardaşların hər iki valideyni Suriya müharibəsində həlak olublar.
Zeyd və Reyyan Məmmədovlar