Sumqayıtda əmioğlulların davası  ölümlə nəticələndi
17 avqust 2022 23:20 (UTC +04:00)

Sumqayıtda əmioğlulların davası ölümlə nəticələndi

Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib.

1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb.

36 yaşlı F. Şəbiyev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 2448
avatar

Oxşar yazılar