İrkutsk vilayətində spirtli içki qəbul edən kişilər xəstəxanaya yerləşdirilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Kovıktan qaz-kondensat yatağında işləyən 6 nəfər içki ziyafətindən sonra zəhərlənib.
Nəticədə 4 nəfər xəstəxanaya çatdırılıb, vəziyyətlərinin ağırlığı barədə məlumat verilmir. İki nəfər isə təcili yardım gələnədək keçinib.
Faktla bağlı cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını, o cümlədən istehlak edilən spirtli içkinin markasını müəyyənləşdirir. Proses rayon prokurorluğunun nəzarətindədir.