Sosial şəbəkədə qadını ŞANTAJ ETDİ, TUTULDU
09 aprel 2025 13:16 (UTC +04:00)

Sosial şəbəkədə qadını ŞANTAJ ETDİ, TUTULDU

Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən tutulub.
 
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116

Oxşar yazılar