Akif Çovdarov və İlham Qasımov
07 dekabr 2021 12:30 (UTC +04:00)

Akif Çovdarov və İlham Qasımov

Şirkət rəhbəri Akif Çovdarovu məhkəməyə verdi - ÖZƏL

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi, general-mayor Akif Çovdarov məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, Akif Çovdarovu məhkəməyə verən “Real-MTK”nın sahibi İlham Qasımovdur.

Məhkəmə iddiası mülki hüquq pozuntularından irəli gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, İ. Qasımov A. Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Belə ki, İ. Qasımov A. Çovdarov vəzifədə olduğu zaman onun tərəfindən dəfələrlə həbslə hədələnib və ondan külli miqdarda pul alınıb.

Həmçinin İ. Qasımov məşhur milyarder Gülağa Qənbərovun (Tənha) şikayəti əsasında 2016-cı ildə həbs edilib.

İ. Qasımov G. Tənhaya qarşı 20 milyonluq dələduzluqda ittiham olunub.

Məhkəmə tərəfindən 15 il azadlıqdan məhrum edilən İ. Qasımov 2019-cu ildə azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6858
avatar

Mehman Nəbiyev

Oxşar yazılar