Saxlanılan şəxsi döyən polis zabiti həbs olundu
21 may 2024 15:05 (UTC +04:00)

Saxlanılan şəxsi döyən polis zabiti həbs olundu

Rusiyanın Yamal-Nenets Muxtar Dairəsinin Nadim şəhərində keçmiş polis həbs olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, keçmiş asayiş keşikçisi saxlanılan şəxsi yerli polis bölməsinə çatdırmaqda həmkarına kömək edib. O, saxlanılan şəxsi yerə yıxaraq, qollarını burub, döyüb və təpikləyib. Nəticədə həkimlər zərərçəkmişə qabırğa sınığı diaqnozu qoyublar.

Keçmiş polis “Vəzifəli şəxsin səlahiyyətlərini aşma, yəni vəzifəli şəxs tərəfindən açıq-aşkar öz səlahiyyətləri çərçivəsindən kənara çıxan, vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlərə yol vermə” maddəsi ilə təqsirli bilinib.

O, üç il müddətinə ümumi rejimli koloniyaya göndərilib və baş leytenant rütbəsindən məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Oxşar yazılar