Şabranda "jiquli" betona çırpıldı
09 fevral 2024 22:17 (UTC +04:00)

Şabranda "jiquli" betona çırpıldı

0

Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə Ülkər Məcidova və İlyas Məmmədov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4204

Oxşar yazılar