Sabirabadda 3 otaqlı ev yanıb, 2 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib.
Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
05:55
Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.
Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Məmmədli Həmidə Heydər qızı, 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı (vəziyyəti ağırdır), 2013-cü il Məmmədova Nərmin Xalid qızı, 2015-ci il təvəllüdlü Məmmədov Nihad Xalid oğlu, 2022-ci il təvəllüdlü Məmmədov Riyad Xalid oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Xalid Ələddin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.