Rüşvətə görə tutulan həkim vəkildən imtina ETDİ
25 avqust 2023 17:30 (UTC +04:00)

Rüşvətə görə tutulan həkim vəkildən imtina ETDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətdə təqsirləndirilən İlqar Qaracayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra o, dövlət tərəfindən təyin olunan vəkildən imtina edərək, yeni vəkillə müqavilə bağladığını bildirib.

Proses sentyabrın 1-də təxirə salınıb.

İttihama görə, Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən Qaracayev İlqar Qaraca oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.

İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2910

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31