Rusiyaya üzərlik otu gətirənlər həbs olunacaq.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı vəkil Ələkbər Qarayev bildirib.
Onun sözlərinə görə, rus dilində "isırık" adlanan üzərlik otunun tərkibində narkotik maddə "karnin" və "karmalin"in olması bu otun Rusiyaya ərazisinə gətirən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olub.
Vəkil Qarayev bir neçə gün bundan öncə əslən azərbaycanlı olan Qazaxıstan vətəndaşının Rusiya ərazisində belə halla üzləşdiyini söyləyib. Belə ki, həmyerlimiz Qazaxıstan sərhədindən Rusiya ərazisinə şəxsi avtomobili keçərək Novosibirskə gedib. Novosibirskdə həmin şəxsin bacısı qardaşının yeni avtomobilinə "göz dəyməməsi" üçün üzərlik qoyub. Həmyerlimiz Qazaxıstana geri qayıdarkən Rusiya ərazisində avtomobilində üzərlik olduğuna görə saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Qazaxıstan vətəndaşı olan azərbaycanlını 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Vəkil Ələkbər Qarayev Rusiyaya səfər edən azərbaycanlılara nə əl, nə də yük çantalarında üzərlik otu gətirməmələri barədə xəbərdarlıq edib. Əks halda həbslə üzləşəcəklərini vurğulayıb.