Rövşən Lənkəranskinin restoranından pul oğurlandı
10 iyun 2024 20:00 (UTC +04:00)

Rövşən Lənkəranskinin restoranından pul oğurlandı

Bakıda fəaliyyət göstərən “Neon” restoranında oğurluq olub. 

Lent.az xəbər verir ki, restorandan 2050 manat pul oğurlanıb. 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, oranın işçisi, 1995-ci il təvəvəllüdü Arzuman Səfərov saxlanılıb.

Qeyd edək ki, mediada yazılan məlumatlara görə, "Neon" restoranı Türkiyədə öldürülən kriminal avtoritet Rövşən Lənkəranskiyə məxsus olub.

O öldürüldükdən sonra restoran Rövşənin qardaşının nəzarətinə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507
avatar

Oxşar yazılar