Reza Deqatinin dronu Şuşada YOXA ÇIXDI  - FOTO
06 dekabr 2021 12:51 (UTC +04:00)

Reza Deqatinin dronu Şuşada YOXA ÇIXDI - FOTO

Dünya şöhrətli fotoqraf Reza Deqatinin dronu Şuşada itib.

Bu barədə Lent.az-a Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Hasanov məlumat verib.

O qeyd edib ki, dekabrın 5-də işğaldan azad olunmuş Şuşa şəhərində çəkiliş apararkən R. Deqatinin dronu texniki səbəbdən naməlum ərazidə yoxa çıxıb. Ötən gün ərzində dronun axtarışları aparılıb.

Hətta axtarışlara Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da qoşulub. Aparılan axtarışlar nəticəsində bu gün səhər saatlarında dronun düşdüyü ərazi müəyyən edilib. Dron ərazidən götürülərək sahibinə qaytarılıb.

Reza Deqati

Reza Deqatinin dronu

# 6363
avatar

Mehman Nəbiyev

Oxşar yazılar