Astarada karantin qaydalarını pozduqlarına görə restoran sahibi və toy təşkilatçısı cərimə olunub.
Daxli İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Pensər kəndi ərazisində yerləşən restoranda təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Bununla bağlı həmin restoranın sahibi Ü.Məmmədov və toyun təşkilatçısı N.Həsənov barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilməklə cərimə olunublar.