Rəis “arvadını gecə yanıma göndər” dedi:  Kişi özünə od vurdu
17 aprel 2022 11:26 (UTC +04:00)

Rəis “arvadını gecə yanıma göndər” dedi: Kişi özünə od vurdu

Hindistanda rəisi iş yerini dəyişmək əvəzinə həyat yoldaşı ilə cinsi əlaqə saxlamağı tələb etdikdən sonra kişi özünü yandırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 45 yaşlı Qokul Prasad müdirinin "arvadını gecə onun yanına göndərəcəyi" təqdirdə onun iş yerini dəyişməklə bağlı xahişini rəsmiləşdirəcəyini təklif etdikdən sonra depressiyaya düşüb.

Hər ikisi Lakhimpur Kheridəki Uttar Pradesh Power Corporation Limited (UPCL) Paliya elektrik stansiyasında işləyib.

Prasad evə yaxın işləmək üçün transfer olunmasını istəyib.

O, üstünə dizel yanacağına tökərək rəisin kabinetinin qarşısında özünü yandırıb. Xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən ertəsi gün keçinib.

Ölümündən əvvəl Prasad iş yerində illərlə təqib və zorakılıqdan şikayət edən bir video çəkib. 

Prasad, rəhbərinin səlahiyyətindən sui-istifadə etdiyini iddia edərək, ölümündə onu və köməkçisini günahlandırıb. Onun iddiasına görə, zorakılıq barədə polisə məlumat verib, lakin heç bir köməklik göstərilməyib və “heç nə baş verməyib. olmayıb”.

Arvadının sözlərinə görə, “ökul özünü yandıranda ona heç kim kömək etməyib, rəis də “orada dayanıb seyr edibmiş”.

Polisdən bildirilib ki, mərhumun müdiri və köməkçisi hazırda Hindistan Cinayət Məcəlləsinə əsasən intihara təhrik və qəsdən təxribat törətməkdə ittiham olunurlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4986
avatar

Oxşar yazılar