Avqustun 13-də Quba rayonunda biçilmiş taxıl sahəsinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən bir nəfər müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməlin rayon sakini Elvin Məmmədov tərəfindən törədildiyi məlum olub.
Saxlanılan şəxs məsuliyyətə cəlb olunub.