Qəbələdə qadın azyaşlı övladı  ilə birlikdə itkin düşdü
17 oktyabr 2024 18:21 (UTC +04:00)

Qəbələdə qadın azyaşlı övladı ilə birlikdə itkin düşdü

Qəbələdə qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Qəbələ rayon sakini, 42 yaşlı Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti - Zəng Mərkəzinə, o cümlədən Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar