Qəbələdə gecə qaçırılan avtomobil Ağdaşda tapıldı
05 avqust 2024 12:04 (UTC +04:00)

Qəbələdə gecə qaçırılan avtomobil Ağdaşda tapıldı

Qəbələdə avtomobil qaçıran şəxs Ağdaşda saxlanılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Qəbələ şəhər sakini yaşadığı evin qarşısında saxladığı “Mercedes” markalı avtomobilinin gecə saatlarında qaçırılması barədə rayon polis şöbəsinə məlumat verib. 

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən 32 yaşlı Rüfət Mürsəlzadə qaçırdığı avtomobillə birgə Ağdaş rayonu ərazisində saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Sevinc Fərid

Oxşar yazılar