Qəbələdə DƏHŞƏTLİ CİNAYƏT:  3 nəfər güllələndi, ikisi öldü
17 oktyabr 2024 21:44 (UTC +04:00)

Qəbələdə DƏHŞƏTLİ CİNAYƏT: 3 nəfər güllələndi, ikisi öldü

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 73 yaşlı  Gülsadə Məmmədəliyeva və 45 yaşlı Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib.

Cinayət aləti hesab edilən ov tüfəngləri götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar